Şirkət haqqında   |   Xidmətlər   |   Sertifikatlar   |   Xəbərlər   |   Korporativ sifarişçilər   |   Fotoqalereya   |   Əlaqələr
az   |   en   |   ru
 
 
 
 
2003

Bu il Şirkət «Salyan Oil» tərəfindən keçirilən iki tenderin qalibi olmuşdur. Eyni zamanda 2003-cü ilin iyun ayında şirkət aşağıda göstərilən işlərin icrasına başlayıb.
  • Hər birinin gücü 6 kV olan iki yarımstansiyanın tikintisi. 8 yeni quyuda elektroenerci ilə təminat. Uzunluğu 12 km çox olan məsafədə elektrik ötürüjü xəttin tikintisi, yarımstansiyalar üçün dünya standartları ilə rəqabət apara bilən iki binanın tikintisi, və onların xidməti üçün ümumi infrastrukturun yaradılması. Bu ilin avqustunda bütün görülmüş işlər «Salyan Oil»-a təhvil verilib.
  • 8 yeni quyu üçün kollektor – ayırıcı stansiyaların tikintisi, kollektor ayırıcı stansiyasından bütün 8 quyuya boru 6” çəkilişi. Ümumi uzunluğu 6.000 m-dən çox olan boru xəttinin çəkilişi. Bu ilin avqust ayında bütün işlər «Salyan Oil» təhvil verilmişdr.
Bütün enerji, elektrik, tikinti avadanlığı və materiallar Şirkət tərəfindən alınmış və tədarük edilmişdir.

Bütün işlər Şirkətin öz mühəndis heyəti və işçi tərəfindən yerinə yetirilmişdir.

2004

Bu il ərzində “Neptun Co. Ltd.” Şirkətinin ən böyük layihələrindən biri “Nefteqaz 19” (Vadim Seyidov) gəmisinin əsaslı təmiri olmuşdur. Bu gəmi demək olar ki, 14 il ərzində təmirsiz və hərəkətsiz vəziyyətdə olmuşdur.

Şirkət 2004-cü il ərzində aşağıda adları çəkilən işləri də yerinə yetirmişdir:
  • “Saipem S.p.A.” şirkəti üçün transponder dirəklərinin hazırlanması; işlər «Neptun Co. Ltd.» Şirkətinin istehsalat sahəsində icra olunmuşdur.
  • “Saipem S.p.A.” şirkətinin sifarişi ilə «Azərbaycan» və «STB-1» gəmilərində bucurğadlar üçün örtüklərin hazırlanması; işlər «Neptun Co. Ltd.» şirkətinin istehsalat sahəsində icra olunmuşdur;
  • «MjDermott» şirkəti üçün nəzarət – ölçmə cihazlarının yoxlanılması və qeyd olunması;
  • «MjDermott» şirkətinin sifarişinə əsasən «Voe Trader» gəmisində avar vintlərin təmiri;
  • «Azərbaycan» kran gəmisində GPS qurğusunun quraşdırılması üçün texniki sənədlərin hazırlanması və qurğunun quraşdırılması; bütün işlər Rusiya Dəniz Gəmiçilik Registrinə təqdim olunmuşdur;
  • QDFƏRS avadanlığının alınması, nəql olunması, «STB-1» gəmisində quraşdırılması, sazlaması, işə salınması və yoxlanılması;
  • “Sedco Forex” şirkətinin sifarişi ilə 20 ədəd dəniz təyinatlı çəlləklərin hazırlanması üçün texniki sənədlərin işlənməsi, çəlləklərin hazırlanması və rənglənməsi; bütün işlər «Neptun Co. Ltd.» şirkətinin istehsalat sahəsində icra olunub;
  • “Swire Pacific” şirkətinin sifarişi ilə «Pasifij Raider» gəmisində UAİS avadanlığının quraşdırılması üçün texniki sənədlərin hazırlanması, avadanlığın quraşdırılması; bütün işlər Rusiya Dəniz Gəmiçilik Registrinə təqdim olunmuşdur;
  • «Tidewater Marine International, Inc.» şirkətinin sifarişi ilə «Gulf Balder» gəmisində aşağıda göstərilən işlər yerinə yetirilmişdir: gövdənin defektasiyası, kinqston yeşiklərinin təmizlənməsi, arxa rolikin təmiri, sükanaltı qurğusunun təmiri, baş mühərrikin hava balonlarının təmiri (ABS Təsnifat cəmiyyətinə təqdim olunması ilə), refricerator kameralarında yeni siqnalizasiya sisteminin quraşdırılması, kabellərin və elektrik mühərriklərin müqavimət izolyasiyasının ölçülməsi;
  • Tidewater Marine International, Inc.» şirkətinin sifarişi ilə «Lutoga» və «Andoga» gəmilərində sükanaltı qurğunun addımı tənzimlənən pər qurğusunun təmiri;
  • «Bue Caspian Ltd.» şirkətinin sifarişi ilə «Təbriz Xəlilbəyli» gəmisinin tərsanə təmiri;.
12 aprel 2004-cü ildə Şirkət, zəruri sənədlərin təqdim olunmasından və müvafiq yoxlamanı keçdikdən sonra, «Det Norske Veritas» Təsnifat cəmiyyətindən gəmilərdə və dəniz obyektlərində qalınlıqların ölçülməsinə icazə verən sertifikatı aldı.

08 sentyabr 2004-cü ildə Şirkətdə qüvvədə olan Keyfiyyətin İdarəetmə sisteminin «Rusiya Registri» Sertifikatlaşdırma Cəmiyyəti tərəfindən növbəti yoxlanışı zamanı, sistemin İSO 9001:2000 standartlarına uyğunluğu təsdiq olunduqdan savayı, Şirkətə həmçinin aşağıda adı çəkilən sertifikat da verilmişdir:

Sertifikat ¹02.144.026, IQNet (International Certification Net) adlı Sertifikatlaşdırma Orqanlarının Beynəlxalq Cəmiyyəti və «Rusiya Registri» Sertifikatlaşdırma cəmiyyəti tərəfindən verilmişdir. Bu sertifikat, gəmi təmirinin təşkil edilməsinə və keçirilməsinə dair Şirkətdə qüvvədə olan Keyfiyyətin İdarəetmə sisteminin İSO 9001:2000 standartlarına uyğun olduğunu təsdiq edir.

«Rusiya Registri» Sertifikatlaşdırma cəmiyyəti IQNet (International Certification Net) adlı Sertifikatlaşdırma Orqanlarının Beynəlxalq Cəmiyyətin üzvüdür. IQNet – Sertifikatlaşdırmaya dair Beynəlxalq şəbəkədir ki, İsveçrə ölkəsinin qanunverijciliyinə əsasən yaradılmışdır. IQNet Cəmiyyətinə dünya ölkələrindən sertifikasiya üzrə 36 aparıcı orqan daxildir.

2005

Bu il Şirkət XDND sifarişi əsasında «Nefteqaz-9» gəmisinin əsaslı təmiri kimi böyük bir layihəni yerinə yetirmişdir. Eyni zamanda telekommunikasiya işləri (avadanlıqların, naviqasiya, QDFƏRS və antennaların quraşdırılması) XDND gəmilərində görülmüşdür

Habelə əsaslı təmiri 2004-cü ildə başlanılmış «Calqan-8» və «Atlet-8» gəmilərinin təmiri başa çatmaq üzrədir.

«Bue Caspian Ltd» sifarişi əsasında «OM» gəmisinin tərsanə təmiri.

Aşağıda göstərilən işlər «Tidewater Marine International. INC» sifarişi əsasında yerinə yetirilmişdir.
  • «Aura» və «Gulf Backer» gəmilərinin tərsanə təmiri;
  • «Aura Tidewater» gəmisində generator ¹ 1 əsas avtomatik mexanizminin və elektronik sisteminin təmiri;
  • «Lyutoga» gəmisinin idarə etmə sisteminin təmiri;
  • Generatorun başlanma sisteminin təmiri və «Backer» gəmisində yanğın həyəjan siqnalının xəbərdaredici stansiyasının təmiri;
  • «Andoga» gəmisində avtomatik qurma sisteminin təmiri;
  • «Balder» gəmisində ABS-in tələblərinə əsasən korpusların defektasiyası .
Aşağıda göstərilən işlər «Saipem S.p.A.» sifarişi əsasında yerinə yetirilmişdir.
  • materialların və avadanlıqların tədarükü
  • «STB-1» gəmisində kalibrasiyanın aparılması
  • «Azərbaycan» gəmisində JOSPAS – SARSAS E3 məlumat sisteminin, QDFƏRS, avtomatik cihazların yoxlanılması.
Şəhər telefon stansiyaları üçün dicital ATS-in quraşdırılması. ATS-in yaradılması, və bu işlərin sifarişçisi «HUAWEI» şirkətidir.

 
 
Click
 
Click
 
Click
 
Click
 
Click
 
Click
 
Click