Şirkət haqqında   |   Xidmətlər   |   Sertifikatlar   |   Xəbərlər   |   Korporativ sifarişçilər   |   Fotoqalereya   |   Əlaqələr
az   |   en   |   ru
 
 
 
 
“Neptun Co. Ltd” şirkəti geniş profilli, xüsusi şirkət, 1996-cı ildə yaradılmış, Azərbaycan Respublikasının Qanunvericiliyinə Şirkətin Nizamnaməsinə əsasən fəaliyyət göstərir.

1996-cı ildə yaradılmış geniş profilli “Neptun Co. Ltd” Şirkəti ölkənin özəl şirkətləri arasında qabaqcıl yerlərdən birini tutur. Şirkət öz Nizamnaməsinə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən fəaliyyət göstərir.

Şirkətin əsas fəaliyyət növləri aşağıdakılardır:

  • layihə-konstruktor işləri;
  • gəmilərin və dəniz obyektlərinin təmiri və tikintisi;
  • neft sənayesi obyektlərində təmir-quraşdırma işləri;
  • sənaye obyektlərinin, yaşayış və inzibati binaların tikintisi və təmiri;
  • dənizdə və quruda yerləşən obyektlərdə telekomunikasiya xidməti;
  • avadanlıq və materialların təchizatı
Şirkət 150 çox işçi heyətinə malikdir. Şirkətin bir çox aparıcı mütəxəssisləri işlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsini təmin etmək üçün Avropa və Asiyada yüksək inkişaf etmiş şirkətlərdə hazırlıq keçmişlər və bu səbəbdən yüksək texnologiyalarla işləmək imkanına malikdirlər.

Şirkət Bibi-Heybət qəsəbəsində yerləşən 3980m2 sahəsi olan istehsalat bazasına və anbarlara malikdir. Şirkət müxtəlif çeşidli sertifikatlaşdırılmış avadanlıqlara malikdir, və bunların vasitəsilə istənilən mürəkkəb işlər görülür.

Şirkət bütün fəaliyyət növlərinə Azərbaycan Respublikasının müvafiq Dövlət orqanlarından və müxtəlif Beynəlxalq Təsnifat cəmiyyətlərindən lisenziyalar, şəhadətnamələr və sertifikatlar almışdır. Bütün işlər təsis edilmiş standartlar əsasında yerinə yetirilir.

Şirkətin Missiyası

Bizim Şirkətin əsas məqsədi təmir sahəsində, gəmilərin və dəniz obyektlərinin tikintisində eyni zamanda başqa sənaye və xidmət sahələrində yüksək keyfiyyətli xidmətləri yerinə yetirməkdir.

Biz daim dünya bazarında rəqabət aparmaq üçün sifarişçilərimizə qulluq edirik. Daim prosesi, məhsulu və insani mənbələri təkmilləşdirmək və inkişaf etdirmək üçün, biz çalışırıq ki, milli və beynəlxalq səviyyədə fəal inkişaf edək.

Şirkətin Hədəfi

Şirkət:
  • görülmüş xidmətlərin keyfiyyətinin daim təkmilləşdirilməsinə və yaxşılaşdırılmasına cəhd göstərir;
  • gəmi təmiri və tikintisində, eyni zamanda başqa dəniz və sahil obyektlərində Azərbaycanın bazarında liderliyi qorumaq;
  • ən geniş profilli işləri ən yaxşı dünya praktikasında təmsil etmək;
  • dünya bazarında səmərəli, effektli rəqabətliyi daim qorumaq;
Keyfiyyət üzrə siyasət

Şirkət öz keyfiyyət üzrə siyasətini bu şüar ilə əsaslandırır:
«Keyfiyyət, səmimiyyət, xeyirxahlıq, sürətlilik».

«NEPTUN Co. Ltd.» şirkətinin baş direktoru başda olmaqla fəhləyədək hər bir işçi görülmüş işin keyfiyyətinə cavabdehdir və keyfiyyət üzrə siyasətə zidd olan hərəkətləri etməməyi və həyata keçirməməyi özünə borc bilir, şirkətin rəhbəri keyfiyyət üzrə siyasətini bütün personal tərəfindən buna əsaslanaraq düzgün anlamasını və qəbul edilməsini təsdiq və izah edir.

Beləliklə, təşkilatın yüksək peşəkar işləri üçün ilk növbədə biz tərəfdən görülmüş xidmətlərin kefiyyəti irəli sürülür.

Şirkətin rəhbəri beynəlxalq və milli rəhbərliklərdə müqavilədə müəyyən edilmiş tələblərdə sabitliyi və xidmətlərin keyfiyyətini öz sifarişçilərinə zəmanət verir.